Komandamızın həkimi təyyarədə halı pisləşən uşağın həyatını xilas etdi
ll MDB Oyunları üçün Belarusa yola düşən muaytay üzrə Azərbaycan milli komandasının həkimi Dilbər Səfərova “Belaviya” hava gəmisində halı pisləşən balaca belarusluya ilkin tibbi yardım göstərərək həyatını xilas edib.
mediasport.az xəbər verir ki, sərnişinlər arasında yeganə tibb işçisi olan Dilbər Səfərova tibbi yardımdan sonra uşağın vəziyyətinin stabil olduğunu bildirib: “Qıcolmuş körpəni tutdum və ilkin tibbi yardım göstərdim, hərarətini aşağı salmaq üçün ona iynə vurdum”.
Azərbaycanlı həkim həyatı göstərişlə bağlı məcburi eniş edən təyyarədən uşağı endirərək onları gözləyən təcili tibbi yardım əməkdaşlarına təhvil verdikdən sonra təyyarəyə - komandasının yanına qayıdıb.