Klub avtobusu ağır qəza keçirib, baş məşqçi dünyasını dəyişib
Syerra Leonenin futbol üzrə Premyer Liqa klubu "Port Osoriti"nin avtobusu dəhşətli qəzaya düşüb.
Mediasport.az xəbər verir ki, hadisə "Kahunla Reyncers"lə səfər matçına yollanarkən Kenema şəhərində baş verib.
Qəza nəticəsində komandanın baş məşqçisi Lamin Banqura dünyasını dəyişib.
Bir neçə futbolçu ağır yaralanıb.
Syerra Leone Futbol Assosiasiyası hadisə barədə açıqlama yayıb, görüş təxirə salınıb.