Milli komandanın keçmiş kapitanı futboldan ömürlük uzaqlaşdırıldı
Suriya yığmasının keçmiş kapitanı Əhməd əl-Saleh futboldan ömürlük uzaqlaşdırılıb.
mediasport.az xəbər verir ki, bu haqda qərarı Suriya Futbol Assosiasiyası (SFA) çıxarıb.
"Əl-Caiş"in 33 yaşlı futbolçusu martın 3-də "Əl-Vatb"la qarşılaşmada qırmızı vərəqə aldığı üçün hakimə hücum edib. Referinin üzünə tüpürərək onu təhqir edən Əhməd əl-Saleh bununla kifayətlənməyərək matç başa çatdıqdan sonra stadionun tunelində hakimin ünvanına təhqiramiz ifadələr işlədib.
Futboldan ömürlük diskvalifikasiya edilən müdafiəçi maddi cərimə də ödəyəcək və qərar əsasən, şikayət etmək hüququ olmayacaq.
O, 2088-2022-ci illər aralığında yığmada 56 oyun keçirib, 2 qol vurub.