"Qarabağ" Azərbaycan futbolunun flaqmanıdır" - Kurban Berdıyev

"Qarabağ" Azərbaycan futbolunun flaqmanıdır" - Kurban Berdıyev

"Nətiicədən, əlbəttə razı qaldım. Razı qalmamaq mümkün deyil. "Qarabağ" çox güclü rəqibdir, Azərbaycan futbolunun flaqmanı sayılır".

Mediasport.az xəbər verir ki, bu sözləri "Turan Tovuz"un baş məşqçis Kurban berdıyev deyib.

Təcrübəli mütəxəssis Azərbaycan Premyer Liqasının 4-cü turunun "Qarabağ"la səfər görüşü haqda fikirlərini bildirib.

O, 1:0 hesablı qələbəni şərh edib:

"Qısa ifadə etməli olsam, uşaqlara bu canfəşanlığa, oyuna, nizam-intizama görə təşəkkür edirəm. "Qarabağ"a "Dinamo" ilə matçda uğurlar arzulayıram. İnanıram ki, onlar mərhələni keçməyi bacaracaq".