UEFA bu "Qarabağ"lını seçdi

UEFA bu "Qarabağ"lını seçdi

“Qarabağ”ın müdafiəçisi Bəhlul Mustafazadə UEFA Avropa Liqasının qrup mərhələsinin oyunlarında ən çox top uzaqlaşdıran futbolçuların siyahısında yer alıb. MediaSport.az xəbər verir ki, yarışın rəsmi “feysbuk” səhifəsində bu haqda paylaşım edilib.

25 yaşlı müdafiəçi 2 görüşdə 8 dəfə buna müvəffəq olub. Mustafazadə bu göstəriciyə görə 3-5-ci yerləri bölüşdürür. İlk sırada “köhlən atlar”ın qrupdakı rəqibi Fransa “Nant”ında çıxış edən Nikolya Pallua (12) qərarlaşıb. Macarıstan “Ferentsvaroş”undan Sami Mmae (11) 2-ci pillədədir.