Roland Şallai: “Qarabağ”a qarşı oynamaq pis olmazdı"

Roland Şallai: “Qarabağ”a qarşı oynamaq pis olmazdı"

Sabah Avropa Liqasının qrup mərhələsinin sonuncu turu çərçivəsində Bakıda "Qarabağ"ın qonağı olacaq “Frayburq”un yarımmüdafiəçisi Roland Şallai zədəsini tam sağaldıb.

mediasport.az xəbər verir ki, Almaniya mətbuatına danışan Macarıstan millisinin üzvü sabah keçiriləcək oyunda meydana çıxmağa tam hazır olduğunu deyib.

Üz nahiyəsindən aldığı zədəyə görə qrupun bütün oyunlarını buraxan Şallai Bakıda bir neçə dəqiqə də olsa, oynamaq fikrindədi: “Qarabağ”a qarşı oynamaq pis olmazdı. Artıq bu barədə baş məşqçi ilə danışmışam. Ümid edirəm ki, heyətdə yer alacam və ən azından 10-15 dəqiqə oynaya biləcəm”.