"Qəbələ"nin qış planı

"Qəbələ"nin qış planı

Premyer Liqa təmsilçisi "Qəbələ”nin qış fasiləsindəki hazırlıq planı açıqlanıb.

Mediasport.az xəbər verir ki, 18-ci turun "Sabah"la oyunundan sonra (0:1) istirahətə yollanan "qırmızı-qaralar" 2024-cü il yanvarın 4-də Qəbələdə bir araya gələcəklər.

Cari mövsüm işləri yolunda getməyən "Qəbələ" yanvarın 10-da "Kəpəz"lə, 15-də isə "Qəbələ-2" ilə yoxlama matçına çıxacaq.

Xatırladaq ki, mövsümün ikinci yarısına yanvarın 21-23-də keçiriləcək 19-cu turun oyunları ilə start veriləcək.