AÇ-2024: Azərbaycan yığması Estoniya futbolçularına qarşı

AÇ-2024: Azərbaycan yığması Estoniya futbolçularına qarşı

Futbol üzrə Azərbaycan milli komandası bu gün AÇ-2024-ün seçmə qrup mərhələsinin 3-cü turu çərçivəsində Estoniya yığması ilə qarşılaşacaq.

MediaSport.az xəbər verir ki, bu, F qrupunda mübarizə aparan Canni De Byazinin kollektivinin 3-cü matçı olacaq.

Yığmamız buna qədər qrupda keçirdiyi hər iki qarşılaşmada böyük hesabla məğlub olub. İlk turda səfərdə Avstriya (1:4), ardınca Solnada İsveç futbolçuları komandamıza rəhm etməyib (0:5).

Qrupun digər görüşündə isə Belçika lider Avstriyanı qəbul edəcək.


AÇ-2024. Seçmə qrup mərhələsi. 3-cü tur


20:00 Azərbaycan - Estoniya

Baş hakim: Andrey Berka (Çexiya)

Azərbaycan, Bakı. "Dalğa Arena" stadionu.