"Mançester Siti"nin keçmiş üzvü Azərbaycanda çıxış edəcək
“Mançester Siti”nin sabiq futbolçusu Divine Naah Azərbaycanda oynamağa çox yaxındır.
mediasport.az sportal.az saytına istinadən xəbər verir ki, qanalı yarımmüdafiəçi “Turan Tovuz”la müqavilə imzalaya bilər.
Sənəd məsələləri qaydasına qoyulduğu üçün artıq Azərbaycana gələn afrikalı həkim müayinəsindən keçdikdən sonra Tovuza yollanacaq. Mançester klubunda rəsmi oyun keçirməmiş 26 yaşlı futbolçu “Stromsqodset”, “NAK Breda”, “Norşellan”, “Örebro”, “Tubize”, “Hapoel Raana”, “Mosta” və son olaraq “Kauno Jalgiris” klublarında çıxış edib.