"İş sona çatdırılmayıbsa, buna inanmıram" - VİDEOMÜSAHİBƏ
Uzun müddətli zədədən Premyer Liqanın 26-cı turunun "Zirə" ilə ev oyununda (3:1) qayıdan "Qarabağ"ın müdafiəçisi Kevin Medina Mediasport.az saytına müsahibə verib:
Qələbəni necə şərh edə bilərsən?
- Maraqlı oyun alındı. “Zirə” kifayət qədər yaxşı rəqibdir. Qalib gəldiyimiz üçün şadıq.
Üç aylıq fasilədən sonra bu gün yenidən yaşıl meydana qayıtdın. Bu barədə nə deyərdin?
- İnanılmaz sevinc hissi keçirirəm. Hər oyunçu meydanda olmağı arzulayır. Uzun müddətdir bu günü gözləyirdim. “Zirə” ilə matçda meydanda olduğum dəqiqələr mənim üçün qızıl dönəm idi.
Kənardan “Qarabağ” necə görünürdü?
- Komandamız kənardan çox səliqəli, nizam-intizamlı görünürdü. Çox istərdim həmin anlarda meydanda, komandamın yanında olum. Çünki futbolçu üçün kənarda qalmaq çox çətindir.
Premyer Liqada sona 10 tur qalıb və demək olar, çempionluğu təmin etmisiz. Fikirlərin maraqlıdır.
- Mən o insanlardanam ki, iş sona çatdırılmayıbsa, buna inanmıram. Bəli, böyük üstünlüyümüz var. Lakin hələ çempionluğu təmin etməmişik. Sırf özümə gəldikdə isə çalışacağam ki, qarşıdakı 10 tur ərzində mənə veriləcək imkanlardan yararlanaraq formamı ən qısa zamanda bərpa edim.
Qarşıdan “Bayer”lə cavab görüşü gəlir. Leverkuzendəki oyundan gözləntiləri nədir?
- Oyuna hələ bir neçə gün var. Sabahdan həmin matçın hazırlıqlarına başlayacağıq. Bizi çətin səfər oyunu gözləyir. Buna görə çox yaxşı hazırılaşmalıyıq. Hər nə qədər çətin olsa da, uğur qazanmağa çalışacağıq.
“Bayer”lə matçda komandana tam gücünlə kömək etməyə hazırsan?
- Mən həmişə özümə inanıram. Mental olaraq da hazıram. Bu gün mənə verilən dəqiqələrdə özümü inamlı hiss etdim. Məşqçi şans versə, cavab matçında komandama kömək etməyə hazıram.
ELVİN