"Kəpəz"in 200 minlik avtobusu üçün nə qədər vəsait toplanıb?

"Kəpəz"in 200 minlik avtobusu üçün nə qədər vəsait toplanıb?

"Kəpəz"in komanda üçün, nəhayət, avtobus aldığını bir neçə gün əvvəl xəbər vermişdik - (https://mediasport.az/dostlarinin-komeyile-komandaya-200-minlik-avtobus-aldi).

Gəncə təmsilçisi, Futbolun İnkişaf Fondu (FİF), eləcə də Gəncə şəhər İcra Hakimiyyəti dünən rəsmi sosial şəbəkə səhifələrində nəqliyyat vasitəsinin “Kəpəz 100k” layihəsindən yığılan maliyyə və klubun vəsaiti hesabına alınması barədə paylaşımlar edib.

Əslində isə bu xəbərlərin həqiqət payı 10 faiz olar, ya olmaz.

Cənubi Koreyanın istehsalı olan "Daevo" markalı avtobus az işlənmiş olduğu üçün Gəncə klubuna təxminən 200 min manata başa gəlib.

48 oturacaqlı iritutumlu transportun təzəsinin qiyməti 320-380 min arası dəyişir, məsələ bu deyil.

Avtobusun maliyyəsinin 70-80 faizinin "Kəpəz"in İdarə Heyətinin sədri İlqar Nadirinin şəxsi büdcəsi və dostlarının köməkliyi hesabına qarşılandığını bildirmişdik.

Bəs görəsən, FİF-in topladığı məbləğ nə qədər olub? 2 ilə yaxındır "Kəpəz 100k" layihəsi keçirən Futbolun İnkişaf Fonduna cəmi-cümlətanı 12-13 min manat vəsait yığılıb.

Bəli, qeyd etdiyimiz kimi, FİF-in layihədən əldə etdiyi maliyyə avtobus üçün ödənilən təxminən 200 min manatın yalnız 10-12 faizini təşkil edir.

Mediasport.az