Məğlubiyyətsiz "Turan Tovuz" bu gün "Araz-Naxçıvan"la qarşılaşır

Məğlubiyyətsiz "Turan Tovuz" bu gün "Araz-Naxçıvan"la qarşılaşır

Azərbaycan Premyer Liqasında 7-ci turun oyunları davam edir.

Mediasport.az xəbər verir ki, ikinci oyun günündə 1 qarşılaşma keçiriləcək.

Cari mövsüm ölkə çempionatında məğlub olmayan yeganə komanda "Turan Tovuz" evdə "Araz-Naxçıvan"ı sınağa çəkəcək.

Turun açılış matçında "Şamaxı" "Kəpəz"i məğlub edib (2:0), Azərbaycan derbisində "Qarabağ" "Neftçi"dən üstün olub (4:0).

"Səbail" - "Sabah" və "Sumqayıt" - "Zirə" görüşləri sabah baş tutacaq.

Azərbaycan Premyer Liqası. 7-ci tur

21 sentyabr

18:00 "Turan Tovuz" - "Araz-Naxçıvan"

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Tural Qurbanov.

VAR: Rauf Allahverdiyev.

AVAR: Rəhman İmami.

Hakim-inspektor: Babək Quliyev.

AFFA nümayəndəsi: Elçin Mehdiyev.

Tovuz şəhər stadionu.