Məhkəmə "Neftçi"nin baş məşqçisi haqda yekun qərar verdi
"Neftçi"nin baş məşqçisi Laurentsiu Regekampf və onun keçmiş həyat yoldaşı Anamariya Prodan arasındakı gərginlikdən dolayı açılmış cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
MediaSport.az xəbər verir ki, Rumıniya məhkəməsi tərəflərin bir-birindən minimum 200 metr aralı gəzməli olduğu barədə qərar çıxarıb.
Regekampf ilə bağlı qərar 4, Prodanla bağlı qərar isə iki ay qüvvədə qalacaq. Onlar bir-biri ilə nə telefon, nə poçt, nə də digər şəkildə əlaqə qura bilərlər.
Ötən günlərdə Rumıniyanın Snaqov küçəsində məşqçi və keçmiş xanımı arasında xoşagəlməz olay yaşanmış, Regekampfın küçədə Prodana əl-qol ataraq döyməyə çalışdığını əks etdirən görüntülər yayılmışdı. Ötən il boşanmış cütlük 15 il birlikdə olub.