Millimizin futbolçusunun qardaşı LGTB-yə görə kapitanlığı rədd etdi

Millimizin futbolçusunun qardaşı LGTB-yə görə kapitanlığı rədd etdi

Niderlandın 1-ci liqasında yarışan "Eyndhoven" və milli komandamızın yarımmüdafiəçisi Ozan Can Kökçünün qardaşı Orkun Kökçü maraqlı hərəkəti ilə diqqəti çəkib.

mediasport.az xəbər verir ki, Eredivizidə (Superliqa) "Feyenoord"un formasını geyinən 22 yaşlı futbolçu "Alkmaar"la səfər qarşılaşmasında kapitanlıq sarğısından imtina edib.

Komandanın əsas kapitanı olan Orkun bazubəndin LGTB rənglərində (göy qurşağı) olmasına narazılıq əlaməti kimi sarğını qoluna taxmayıb. Bunu dini inancına görə etdiyini bildirən futbolçunun imtinasının ardından komandanı meydana kapitan kimi avstriyalı müdafiəçi Gernot Treyner çıxarıb.

“Feyenoord”un 3:1 hesabı ilə qalib gəldiyi bu matçda Orkun Kökçü 1 qol vurub, 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Orkun Türkiyə millisinin şərəfini qoruyur. Ozan Can isə 2018-ci ildən Azərbaycan yığmasında çıxış edir. O, U-20 və U-21 millimizdən sonra bu il əsas komandada debüt edib.