"Mənə görə oyunun ədalətli nəticəsi heç-heçə olardı"

"Mənə görə oyunun ədalətli nəticəsi heç-heçə olardı"

"Üzücü məğlubiyyət oldu. Uduzsaq da, futbolçularımız yaxşı performans sərgilədilər. Amma diqqətsizlik sayəsində ilk yarının sonlarında qapımızda qol gördük".

Mediasport.az xəbər verir ki, bu fikirləri "Şamaxı"nın baş məşqçisi Ayxan Abbasov səsləndirib.

Mütəxəssis Azərbaycan Premyer Liqasının 20-ci turunun "Zirə" ilə ev oyunu haqda fikirlərini bölüşüb.

"Fərdi səhvləri azaltsaq, daha yaxşı oynaya bilərik. "Zirə" kimi komandaya qarşı oynayırsansa, ələ düşən epizodları düzgün dəyərləndirməlisən. Çünki onlar kompakt oynayan, sürətli hücuma çıxan komandadır. "Zirə"nin ikinci qolunda da gördük. Belajdi Pusi və Arsen Ağcabəyovun qol imkanlarını qaçırması da həlledici məqamlardır.

Mənə görə oyunun ədalətli nəticəsi heç-heçə olardı".

Xatırladaq ki, bölgə təmsilçisi 1:2 hesablı ilə uduzub.