Raca Nainqqolanın Azərbaycana gəlib-gəlməyəcəyi DƏQİQLƏŞDİ
Belçika milli komandasının sabiq üzvü Raca Nainqqolanın karyerasını Azərbaycanda davam etdirməyəcəyi dəqiqləşib.
Klubdan Mediasport.az saytına verilən məlumata görə, 36 yaşlı oyunçu yüksək əməkhaqqı tələb etdiyi üçün "Karvan"la danışıqlar uğursuz yekunlaşıb.
Uzun illər "Roma" və "İnter" kimi İtaliya nəhənglərində forma geyinmiş belçikalının sonuncu iş yeri "Bayanqkara" (İndoneziya) olub.
Raca bu ilin iyulundan azad agent statusuna sahibdir. Onun transfer dəyəri 325 min avrodur.
O, karyerası ərzində "Kalyari", SPAL (hər ikisi İtaliya), "Antverpen" (Belçika) klublarında da top qovub.
Naynqolan 2009-2018-ci illərdə Belçikanın əsas milli komandasında 30 oyun keçirib, 9 qol vurub.