"Turan Tovuz"dan ÜSYAN: "İmkan verin, təmiz futbolumuzu oynayaq!"

"Turan Tovuz"dan ÜSYAN: "İmkan verin, təmiz futbolumuzu oynayaq!"

"Turan Tovuz" Azərbaycan Premyer Liqasının 19-cu turunda "Kəpəz"lə qarşılaşıb (1:2).

Mediasport.az xəbər verir ki, qərb derbisində məğlub olan tovuzlular matçdan sonra sosial şəbəkə hesablarında hakimlərin matç ərzində səhvlərə yol verdiklərinə dair paylaşım ediblər:

"Uzun və çətin yola çıxmışıq. Alın tərimiz, əməyimiz, əziyətimiz var. Bu yolun keşməkeşli olacağını bilirik. Hakimliyin yolumuzda ən böyük maneə olmasını təəccüblə qarşılayırıq.

VAR niyə var? VAR-da  ikili standart niyə var?!

Bizi yormayın! İmkan verin, təmiz futbolumuzu oynayaq!"