Millimizin DÇ-yə hazırlığı Özbəkistanda davam edəcək
Gənc boksçulardan ibarət Azərbaycan millisi Monteneqroda keçiriləcək dünya birinciliyinə hazırlığını davam etdirir.
Mediasport.az xəbər verir ki,toplanışın növbəti hissəsi Özbəkistanda baş tutacaq.
Komandamız Daşkənd vilayətinin Yanqiabad şəhərində ev sahibləri, Ukrayna, Tacikistan və Belarus millisi ilə təşkil olunacaq məşqlərə 13 boksçu ilə yollanıb.
Məşqçilər korpusu hazırlığa Bilalhəbaşi Nəzərov (48 kq), Zidan Hümbətov (51 kq), Ömər Aslanlı (54 kq), Tağı Nəsibov (57 kq), Məhəmmədəli Qasımzadə (60 kq), Əli Abdullayuev (63,5 kq), Ziya Həsənov (71 kq), Abbasqulu Şadlinski (75), Lalə Mədətova (48 kq), Cəmilə Sultanlı (50 kq), Aynur Mikayılova (57 kq), Qızbəs İsgəndər (60 kq) və Emili Rzayevanı (63 kq) cəlb edib.
Bu gün başlanacaq hazırlıq prosesi oktyabrın 17-də yekunlaşacaq.
Dünya birinciliyi oktyabrın 22-dən noyabrın 3-dək Budva şəhərində keçiriləcək.