Yığmamız Mərakeşdə ikinci oldu
Mərakeşdə keçirilən boks üzrə "Qızıl kəmər" seriyası çərçivəsində ilin ilk turnirində medal sayına görə komandaların tutduqları yer açıqlanıb.
mediasport.az xəbər verir ki, yarışı 5 medalla başa vuran yığmamız 34 ölkə arasında ikinci yeri tutub.
Baş məşqçi Pedro Rokenin rəhbərlik etdiyi boksçularımız 2 qızıl, 1 gümüş və 2 bürünc medalla kişi komandaları arasında yalnız Rusiyadan geri qalıb. Şimal qonşularımız 9-u qızıl və 2-si gümüş olmaqla 11 medal qazanıblar. İtaliya boksçuları üçüncü olublar - 1 qızıl, 1 gümüş və 1 bürünc medal.
"Qızıl kəmər" seriyasında boksçularımızdan Ümid Rüstəmovla (57 kq) Nəbi İsgəndərov (67 kq) qızıl, Alfonso Dominqes (86 kq) gümüş, Məsud Yusifzadə (51 kq) və Sərxan Əliyev (71 kq) bürünc medal qazanıb.