Cüdoçularımız Yaponiyada
Cüdo üzrə qadınlardan ibarət Azərbaycan milli komandası Yaponiyada keçirilən beynəlxalq təlim-məşq toplanışında iştirak edir.
Mediasport.az xəbər verir ki, onlar bu gündən etibarən toplanışın ikinci həftəsinə start veriblər. Hazırlıq prosesinin ilk həftəsi 4-8 dekabrda baş tutub.
Leyla Əliyeva, Könül Əliyeva, Vüsalə Hacıyeva, Gültac Məmmədəliyeva, Xədicə Qədəşova, Aydan Vəliyeva, Fidan Əlizadə, Acelya Toprak, Aytac Qardaşxanlı və Südabə Ağayeva təlim-məşq toplanışında iştirak edirlər. Onlara qadınlar ibarət yığmanın baş məşqçisi Rəşad Məmmədov və məşqçisi Kifayət Qasımova rəhbərlik edir.
Cüdoçularımız beynəlxalq təlim-məşq toplanışından sonra 23 dekabra qədər Yamanaşi Universitetində cüdo təlim düşərgəsində hazırlıq proseslərini davam etdirəcəklər.
Xatırladaq ki, onlar noyabrın 27-dən dekabrın 4-nə qədər Şukutoku Universitetində təlim düşərgəsində iştirak ediblər. Təlim-məşq toplanışı 2024-cü ildə Fransada keçiriləcək Yay Olimpiya Oyunlarına uzunmüddətli hazırlığın bir hissəsidir.