Məmmədəliyev Qran-pri turnirini gümüş medalla başa vurub
Azərbaycan cüdoçusu Rəşid Məmmədəliyev Avstriyanın Linz şəhərində keçirilən Qran-pri turnirində gümüş medal qazanıb.
Mediasport.az xəbər verir ki, 73 kiloqram çəkidə dərəcəsində çıxış edən idmançımız finalda Moldova təmsilçisi Adil Osmanova məğlub olub.
Aytac Qardaşxanlı (63 kiloqram) isə yarışı medalsız başa vurub.
Daha əvvəl yığmamızın digər üzvləri Gültac Məmmədəliyeva, Aydan Vəliyeva (hər ikisi 52 kiloqram) və Camal Qamzatxanov (+100 kiloqram) da uğursuz nəticə göstəriblər.
Turnirdə 82 ölkədən 568 idmançı mübarizə aparıb, ölkəmiz yarışda 5 cüdoçu ilə təmsil olunub.