Millimizin DÇ-dəki rəqiblərindən biri yarışa qatılmaqdan imtina edib

Millimizin DÇ-dəki rəqiblərindən biri yarışa qatılmaqdan imtina edib

Azərbaycan minifutbol millisinin dünya çempionatında rəqiblərindən biri dəyişib.

Mediasport.az xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərinin Ras Əl-Xayma şəhərində təşkil olunacaq mundialda yığmamızla eyni qrupda yer alan Tunis turnirə qatılmayacaq.

Tunis hökuməti millinin dünya çempionatında çıxışına icazə verməyib. Əvəzində çempionata Küveyt qatılıb.

Tunislə yanaşı, daha iki komanda DÇ-2023-də yer almayacaq. Bunlar Livan və İsraildir. Adı çəkilən millilərin imtinası səbəbindən onları yarışda müvafiq olaraq Bəhreynlə Əlcəzair əvəz edəcəklər.

Qeyd edək ki, dünya çempionatına oktyabrın 26-da start veriləcək. G qrupunda yer alan Azərbaycan millisi ayın 27-də İraq, 29-da Misir, 31-də isə Küveytlə qarşılaşacaq.