"Başqa klublardan təklif gəlsəydi, qərar verməkdə çətinlik çəkərdim"
"İnter"ə keçidim 18 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasındakı işimə problem yaratmayacaq. Çünki hələ millidə toplanışımız yoxdur. Milli komandada toplanış olarsa, "İnter"də məni əvəz edəcək qapıçı var, tək deyiləm. Çox güman ki, problem çıxmayacaq".
Bu sözləri Mediasport.az saytına açıqlamasında Azərbaycanın 18 yaşadək futbolçulardan ibarət milli komandasının qapıçılar üzrə məşqçisi Hüseyn Məhəmmədov deyib.
Veteran qolkiper minifutbol klubu "İnter"ə keçidini şərh edib:
"Məsələyə futbol prizmasından yanaşacam: həqiqətən peşəkar və qeyri-peşəkar futbolçularla bir yerdə oynamaq çox çətindir. "İnter"də mənim tanıdığım, bir yerdə oynadığım futbolçular da mübarizə aparırlar. Veteranların bir yerdə oynaması mənim üçün də xoşdur. Ona görə "İnter"ə keçmək qərarını verdim. Özüm də hər zaman aktiv həyat tərzi keçirirəm. Başqa klublardan təklif gəlsəydi, qərar verməkdə çətinlik çəkərdim".
49 yaşlı mütəxəssis "Yeni komandanızın cari mövsüm çıxışını necə dəyərləndirirsiz?" sualını belə cavablandırıb:
"Bir neçə oyunlarını izləmişəm. Oradakı oyunçuların hamısını tanıyıram. Bəziləri ilə bir yerdə oynamışam, bəziləri cavandır. Düzü, çox yaxşı oynayırlar. Ortada yaş həddi var. Bilirsiniz, insan bəzən çətinlik çəkir. Komanda yeni qurulub. Bir yerdə daha çox məşq etsələr, potensiallı komandaya çevriləcəklər. Çünki aralarında peşəkar futbolçular var və onlar təcrübəyə sahibdirlər".
Rövşən