Millimiz ispaniyaya yollandı
Qadın cüdoçulardan ibarət Azərbaycan millisi İspaniyaya yollanıb.
Mediasport.az xəbər verir ki, yığmamız Valensiya şəhərində təlim-məşq toplanışı keçəcək.
Səfərə yollanan heyətdə Paris-2024 Yay Olimpiya Oyunlarında iştirak edəcək Leyla Əliyeva (48 kq) və Gültac Məmmədəliyeva (52 kq), həmçinin Könül Əliyeva, Aydan Vəliyeva, Fidan Əlizadə və Açelya Toprak yer alıblar.
Təlim-məşq toplanışı millinin baş məşqçisi Rəşad Məmmədovun rəhbərliyi altında gerçəkləşəcək.
Cüdoçularımızın səfəri Olimpiadaya və sonrakı yarışlara hazırlıq xarakteri daşıyır.