Yığma komandamız Böyük Dəbilqə turnirinin qalibi oldu
Azərbaycan yığması 4 qızıl, 2 bürünc medalla cüdo üzrə Böyük Dəbilqə turnirinin qalibi olub.
mediasport.az xəbər verir ki, hərəyə 1 qızıl, 2 gümüş, 1 bürünc medal qazanan Niderland və Serbiya komandaları ikinci və üçüncü pillələrdə qərarlaşıblar. Almaniya cüdoçuları 4-cü olublar.
Komandamızın aktivinə qızıl medalları Balabəy Ağayev (60 kq), Hidayət Heydərov (73 kq), Səid Mollayi (81 kq) və Zelim Kotsoyev (100 kq) yazdırıblar. Kəramət Hüseynovla (60 kq) Orxan Səfərov (66 kq) isə bürünc medala sahib olublar.