Millimiz Qazaxıstana yollanıb
Azərbaycanın stolüstü tennis millisi Qazaxıstana yollanıb.
Mediasport.az xəbər verir ki, təmsilçilərimiz Çimkənd şəhərində təşkil olunan təlim-məşq toplanışında iştirak edəcəklər.
Məşqçilər Fərhad İsmayılov və Ramin Cəfərovun rəhbərliyi ilə Vəzir Allahverdiyev, Nihat Məmmədov, Adil Əhmədzadə, Rüstəm Hacılı, Zemfira Mikayılova, Ləman Abdulhəmidova, Mərziyyə Nurmətova və Aylin Əsgərova ustalıq səviyyəsini artırmaq üçün çalışacaqlar.
Qazaxıstan millisi ilə bu gün başlayacaq birgə toplanış mayın 31-də yekunlaşacaq.
Toplanış qarşıdakı beynəlxalq yarışlara hazırlıq məqsədi daşıyır.