Azərbaycan çempionatına yekun vurulub
Stolüstü tennis üzrə Azərbaycan çempionatına yekun vurulub.
Mediasport.az xəbər verir ki, son gün böyüklər arasında yarış keçirilib.
Oktyabrın 4-də “Şüa İdman Kompleksi”ndə start verilən yarışda iştirakçılar komanda, şəxsi, qoşa və qarışıq-qoşa növlərdə bacarıqlarını göstəriblər. Gərgin və maraqlı mübarizənin nəticələrinə əsasən qalib və mükafatçılar müəyyənləşib.
Azərbaycan Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Stolüstü Tennis Federasiyasının təşkil etdiyi yarışda fəxri kürsüyə qalxan idmançılara AGİN-in medal və diplomları, həmçinin, ASTF-nin mükafatları təqdim olunub.
Komanda yarışları:
Qadınlar:
1) Sumqayıt – 1
2) Bakı -1
3) Sumqayıt – 2; Bakı -2
Kişilər:
1) Bakı -2
2) Bakı – 3
3) Bakı – 1; Sumqayıt
Şəxsi yarışlar:
Qadınlar:
1) Ləman Abdulhəmidova
2) Məryəm İmanova
3) Mərziyyə Nurmətova; Aylin Əsgərova
Kişilər:
1) Hilal Həsənov
2) Nihad Məmmədov
3) Vəzir Allahverdiyev; Adil Əhmədzadə
Qoşa yarışlar:
Qadınlar:
1) Ləman Abdulhəmidova – Zemfira Mikayılova
2) Aylin Əsgərova – Mərziyyə Nurmətova
3) Billurə Eminova – Məryəm İmanova; Rüfət Əliyeva – Xədicə Əbilzadə
Kişilər:
1) Hilal Həsənov – Onur Quluzadə
2) Vəzir Allahverdiyev – Nihad Məmmədov
3) Xəyal Həşimli – Əliverdi Şahgəldiyev; Adil Əhmədzadə - Rüstəm Hacılı
Qarışıq qoşa:
1) Əliverdi Şahgəldiyev – Məryəm İmanova
2) Adil Əhmədzadə - Mərziyyə Nurmətova
3) Rüstəm Əliyev – Xədicə Əbilzadə; Nihad Məmmədov - Ləman Abdulhəmidova