Millimizin üzvləri beynəlxalq turnirdə 4 medal qazanıblar
Batut gimnastikası üzrə Azərbaycan milli komandasının üzvləri Özbəkistanda keçirilən beynəlxalq turnirdə iştirak ediblər.
Mediasport.az xəbər verir ki, Daşkənd şəhərində baş tutan yarışda sinxron proqramda Ayan Şabanova və Samirə Hüseynova "qızıl" qazanıblar.
Fərhad Mustafayevlə Ömər Qasımlı gümüş medala layiq görülüblər.