Nissen Kuboku: Azərbaycan 4 idmançı ilə təmsil olunacaq

  Nissen Kuboku: Azərbaycan 4 idmançı ilə təmsil olunacaq

Azərbaycanlı gimnastlar İsveçrənin Arosa şəhərində keçirilən batut gimnastikası üzrə 52-ci Nissen Kubokuna qatılıblar.

Mediasport.az xəbər verir ki, yarışda məşqçi Abdulla Qasımovun rəhbərliyi altında 4 idmançı - Əli Niftəliyev, Ammar Baxşalıyev, Ayan Şabanova və Samirə Hüseynova iştirak edir.

Nissen Kuboku iyunun 29-da yekunlaşacaq.