Bakıda Dünya Kubokunda rekord sayda ölkə iştirak edəcək

Bakıda Dünya Kubokunda rekord sayda ölkə iştirak edəcək

Aprelin 19-21-də Bakıda keçiriləcək bədii gimnastika üzrə Dünya Kubokunda rekord sayda ölkə iştirak edəcək.

Mediasport.az xəbər verir ki, ev sahibi Azərbaycan millisi daxil olmaqla, yarışda 46 komandanın gimnastları qüvvələrini sınayacaqlar.

Andorra, Anqola, Avstraliya, Avstriya, Belçika, Braziliya, Bolqarıstan, Kanada, Xorvatiya, Kipr, Misir, Estoniya, Finlandiya, Fransa, Gürcüstan, Almaniya, Böyük Britaniya, Yunanıstan, Macarıstan, Hindistan, İsrail, İtaliya, Yaponiya, Qazaxıstan, Qırğızıstan, Latviya, Litva, Meksika, Monteneqro, Yeni Zelandiya, Şimali Makedoniya, Çin, Polşa, Cənubi Koreya, Moldova, Rumıniya, Serbiya, Sloveniya, Cənubi Afrika, İspaniya, Tailand, Türkiyə, Ukrayna, ABŞ və Özbəkistan yığmaları Dünya Kubokunda iştirak üçün Azərbaycana gələcəklər.