İdmançımız dünya ikincisi olub
Azərbaycan avarçəkəni Diana Dımçenko İtaliyanın Barletta şəhərində keçirilən sahil avarçəkməsi üzrə dünya çempionatında gümüş medalı qazanıb.
Mediasport.az xəbər verir ki, ukraynalı legionerimiz yalnız irlandiyalı Monika Dukarskadan geri qalıb.
Dımçenko təsnifat mərhələsində finişə birinci çatıb. İdmançımız 4000 metr məsafəni 20:11.72 dəqiqəyə qət edib.
Final yürüşündə idmançılar 6000 metr məsafəyə yarışıblar. Diana bu məsafəni 32:20.94 dəqiqəyə başa vurub. O, fransalı Cessika Berranı (32.33.92) 13 saniyə fərqlə geridə qoyaraq, dünya çempionatını ikinci pillədə tamamlayıb.
Qızıl medalın sahibi Monika Dukarska 32:09.17 nəticə göstərib.
Diana Dımçenko 2022-ci ildə Uelsdə təşkil olunan sahil avarçəkməsi üzrə dünya çempionatında da ikinci yeri tutmuşdu.