Emin Mahmudov Qurban Qurbanovun rekordunu yeniləyib
Futbol üzrə Azərbaycan millisinin kapitanı Emin Mahmudov yığmanın heyətində 14-cü qolunu vurub.
Mediasport.az xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi beynəlxalq yoxlama matçı çərçivəsində Qazaxıstanla görüşdə fərqlənib.
50-ci dəqiqədə penaltidən qol vuran "Neftçi"nin üzvü bununla da millinin sabiq hücumçusu Qurban Qurbanova məxsus rekordu yeniləyib.
Xatırladaq ki, 14 qol müstəqil Azərbaycan yığmasının tarixində ən böyük göstəricidir.