Musa Qurbanlı 2 ay yaşıl meydanlardan kənar qalacaq

Musa Qurbanlı 2 ay yaşıl meydanlardan kənar qalacaq

"Qarabağ"ın hücumçusu Musa Qurbanlı əməliyyat ediləcək.

Mediasport.az saytına verilən məlumata görə, 22 yaşlı futbolçu təxminən 2 ay yaşıl meydanlardan kənar qalacaq.

Ağdamlıların bu yay İsveçin "Yurqorden" klubundan transfer etdiyi gənc forvard Avstriyada keçirilən son yoxlama oyununda zədə alıb.

Menisk nahiyəsindən zədələnən Musa bugünlərdə əməliyyat masasına uzanacaq.

Həkimlərin məlumatına görə, komanda ilə məşqlərə azı 1 aydan sonra qoşula biləcək.

Xatırladaq ki, ölkə çempionu Qurbanlı ilə 3 illik müqavilə bağlayıb.