Şahruddinin uğursuz oyunları Türkiyədə də davam edir - VİDEO
Türkiyə Super Liqasında 19-cu turun oyunları davam edir.
Mediasport.az xəbər verir ki, Azərbaycan yığmasının qapıçısı Şahruddin Məhəmmədəliyevin komandası "Adana Dəmirspor" da növbəti matçına çıxıb.
Səfərdə "Başakşəhər"lə qarşılaşan Adana təmsilçisi meydanı 1 xalla tərk edib - 0:0.
Məhəmmədəliyev bu qarşılaşmaya start heyətdə başlayıb və sonadək onayıb.
"Adana Dəmirspor" bu heç-heçədən sonra 28 xalla 7-ci sırada qərarlaşıb.