Muxtar Respublika turniri: Bu gün 1-ci yerin sahibi sahibi bəlli olacaq

  Muxtar Respublika turniri: Bu gün 1-ci yerin sahibi sahibi bəlli olacaq

Dövlət qurumlarının əməkdaşları arasında Naxçıvanın 100 illik yubileyinə həsr olunmuş futzal üzrə Muxtar Respublika turnirinin final və üçüncülük görüşləri keçiriləcək.

Mediasport.az xəbər verir ki, üçüncülük görüşü çərçivəsində Daxili İşlər və Ədliyyə nazirlikləri qarşılaşacaq.

Final matçında Maliyyə və Kənd Təsərrüfatı Nazirliklərini təmsil edən komandalar meydana çıxacaq.

Muxtar Respublika turniri

22 oktyabr

Üçüncülük görüşü

11:00 Ədliyyə Nazirliyi - Daxili İşlər Nazirliyi

Final görüşü

15:00 Maliyyə Nazirliyi - Kənd Təsərrüfatı Nazirliyi