Bakıdakı Avropa çempionatında altı komanda final yarışlarına başlayır

  Bakıdakı Avropa çempionatında altı komanda final yarışlarına başlayır

Bakının ev sahibliyi etdiyi "TeamGym" üzrə Avropa çempionatında yarışın ilk finalları keçiriləcək.

Mediasport.az xəbər verir ki, yeniyetmələr arasında kişi, qadın və qarışıq komandalarda qalib və mükafatçılar müəyyənləşəcək.

Kişilərdən ibarət Azərbaycan yığması təsnifat mərhələsində 7-ci yeri tutub və finala yüksələ bilməyib.

6 yığma medallar uğrunda yarışır. Danimarka, Böyük Britaniya, İtaliya, Portuqaliya, Norveç və İsveç mübarizəni davam etdirir.