Yığma üzvlərindən 4 medal
Rusiya Federasiyasında batut gimnastikası və tamblinq üzrə "Dobrovolskiy" kuboku keçirilib.
Mediasport.az xəbər verir ki, Azərbaycan millisinin üzvləri müxtəlif proqramlarda 1-ci, 2-ci və 3-cü yerləri tutublar.
Tamblinq üzrə Mixail Malkin qızıl, Hacızadə Adil, Karataşov Aleksey gümüş medal qazanıb.
Batut gimnastikasında isə sinxron proqramda Baxşalıyev Ammar və Niftaliyev Əli cütlüyü "bürünc" qazanıb.