Yığma komandamızın lideri Avropa Oyunlarında iştirak etməyəcək
Polşada keçiriləcək III Avropa Oyunlarına yollanacaq atletika yıəğmamız ciddi itkilərlə üzləşib.
MediaSport.az xəbər verir ki, komandamızın heyətində məcburi dəyişikliklər edilib.
Uzunluğa tullanma yarışlarında millimizin lideri Nazim Babayev ötən həftə keçirilən Əməkdar məşqçi Əfqan Səfərovun beynəlxalq memorialında zədələnib. Müayinədən sonra atletin Avropa Oyunlarında çıxışı məqsədəuyğun hesab edilməyib.
Onu Avropa Oyunlarında Kəsgin Abbaszadə əvəz edəcək. Son ölkə çempionatında yalnız Babayevdən geri qalan Abbaszadə 7.83 metr göstərici ilə U-20 və U-23 Azərbaycan rekorduna sahib çıxıb.
Bundan başqa, Əlhəm Nağıyev də eyni səbəbdən heyətdən kənarda qalıb. Polşada 100 və 200 metr məsafələrə qaçışda Aleksey Əliəkbərov mübarizə aparacaq.