Sarıyeva Almaniyada birinci oldu
Azərbaycan atleti Yekaterina Sarıyeva Almaniyada təşkil olunan Dünya Kontinental Turu çərçivəsində 30-cu “Midsommar - Charlottenburger-Mittsommernacht” yarışında uğurla çıxış edib.
MediaSport.az xəbər verir ki, 28 yaşlı idmançımız paytaxt Berlində keçirilən yarışda üç təkanla tullanma üzrə 13.33 metr nəticə göstərib.
Bütün rəqiblərini qabaqlayan Sarıyeva bu göstərici ilə birinci yeri tutub.