İki yığma komandamız Avropa çempionatına Qaxda hazırlaşır
Basketbol üzrə oğlanlardan ibarət Azərbaycanın U-16 və U-18 yığma komandaları Qax Olimpiya İdman Kompleksində təlim-məşq toplanışına start veriblər.
mediasport.az xəbər verir ki, Tahir Baxşıyev və Polad Həsənovun rəhbərlik etdiyi millilərimiz müvafiq olaraq 19-27 iyulda Kosovonun Priştina və 29 iyul-6 avqust aralığında Bakı şəhərlərində keçiriləcək Avropa çempionatının "C" divizionlarının oyunlarına hazırlaşırlar.
Təlim-məşq toplanışı iyunun 15-nə qədər davam edəcək.