"Sumqayıt"da 3 ay qalmayan müdafiəçi Serbiya klubuna keçdi
"Sumqayıt"dan ayrılan Slavişa Radoviçin yeni iş yeri açıqlanıb.
Mediasport.az xəbər verir ki, ikili vətəndaşlığa sahib olan müdafiəçi (Serbiya və Bosniya və Herseqovina) "Radniçki"də oynayacaq.
Serbiya Superliqası təmsilçisi onunla 1 illik müqavilə imzalayıb.
"Gənclik şəhəri" təmsilçisi Radoviçi yay transfer pəncərəsində komandaya cəlb etmişdi. Lakin klub 8 sentyabrda onunla vidalaşdığı haqda xəbər vermişdi.