"Neftçi" Portuqaliya millisinin sabiq üzvü ilə 2 illik müqavilə bağladı
“Neftçi” daha bir transferini reallaşdırıb.
Mediasport.az xəbər verir ki, "ağ-qaralar" portuqaliyalı Rafael Quzzonu transfer ediblər.
6 nömrəli formanı geyinəcək 29 yaşlı yarımmüdafiəçi ilə 2 illik müqavilə bağlanıb.
Hücumameylli və dayaq yarımmüdafiəçisi kimi də oynamağı bacaran Quzzo Portuqaliyanın müxtəlif, həmçinin 21 yaşadək futbolçulardan ibarət milli komandalarının üzvü olub.
“Benfika”nın B komandasında, həmçinin bu ölkənin “Şaviş”, “Tondela”, “Famalikan” klublarında çıxış etmiş futbolçu ölkəsinin yüksək liqasında 100-ə yaxın oyun keçirib.
O, İspaniya 2-ci La Liqasında və Braziliya A Seriyasında da oynayıb.