Rəşad Sadıqov üçün yubiley
"Zirə" Azərbaycan Kubokunun 1/8 final mərhələsində "Turan Tovuz"la qarşılaşıb (2:1).
Mediasport.az xəbər verir ki, qəsəbə təmsilçisi Rəşad Sadıqovun başçılığı altında 50-ci qələbəsini rəsmiləşdirib.
Eyni zamanda, bu, baş məşqçi karyerası ərzində yalnız bir komandanın "sükanı arxasında" olan Sadıqovun 50-ci uğuru olub.
Xatırladaq ki, 41 yaşlı mütəxəssis 2020-ci ilin yayından "Zirə"ni ümumilikdə 125 matça çıxarıb.