"Neftçi"nin gedəcəyi dəqiqləşdi

"Neftçi"nin gedəcəyi dəqiqləşdi

"Neftçi"nin Rusiyanın Sankt-Peterburq şəhərində keçiriləcək futbol turnirdə iştirakı dəqiqləşib.

MediaSport.az xəbər verir ki, bu barədə "ağ-qaralar"ın rəsmi tviter hesabından paylaşım edilib.

Postda "Biz "Match TV Cup" üçün Sankt-Peterburqa gəlirik" qeyd olunub.

Azərbaycan təmsilçisi turnir çərçivəsində iyulun 1-də “Zenit” (Rusiya), 8-də “Srvena Zvezda” (Serbiya), 15-də isə “Fənərbağça” (Türkiyə) ilə qarşılaşacaq.

Rusiyada yerli ordu ilə “Vaqner” hərbi şirkəti arasında baş verən döyüş səbəbindən turnirin keçirilməmək ehtimalı da var.