Nermin Başiç: "Mutu hücum futbolunu sevir, nə edəcəyini görəcəyik"

Nermin Başiç: "Mutu hücum futbolunu sevir, nə edəcəyini görəcəyik"

Bosniya və Herseqovinanın “Jelezniçar” klubunun baş məşqçisi Nermin Başiç bu gün Avropa Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunu çərçivəsində “Neftçi”yə qarşı keçirəcəkləri matç haqqında fikirlərini bölüşüb.

MediaSport.az xəbər verir ki, 40 yaşlı çalışdırıcı komandamızın texniki cəhətdən mükəmməl olduğunu bildirib.

Başiç deyib ki, "ağ-qaralar"ın heyətində 7-8 milli üzvü var ki, bu, onların xeyrinə olan amildir:

“Neftçi” barədə çox danışmağa ehtiyac yoxdur. Onlar 9 dəfə ölkələrində çempion olublar. Amma buna aldanmayacağıq. Baş məşqçiləri də tanınmış simadır. Mutu hücum futbolunu sevir. Bu matça hazırlaşmaq üçün vaxtı çox az idi. Nə edəcəyini görəcəyik. Bizim isə heyətlə bağlı problemlərimiz var. Bəzi futbolçuların oynayacağına əmin deyilik. Buna rəğmən pozitiv yanaşıram. Azarkeşlərə söz verirəm ki, mübarizə aparacağıq”.

Qeyd edək ki, matç bu gün saat 23:00-da başlanacaq.