"Qarabağ"la oyunda yaxşı nəticəyə ümid edirik" - İspaniyalı Xavi Munyos
Çempionlar Liqasının I təsnifat mərhələsində bu gün "Qarabağ"la qarşılaşacaq "Linkoln"un baş məşqçisi Xavi Munyos klubun televiziyasına açıqlama verib.
MediaSport.az xəbər verir ki, ispan mütəxəssislə görüşlə bağlı fikirlərini bildirib:
O, mövsümə hazırlıq yaxşı keçdiklərini deyib: "Heyətdə yeni oyunçular var. Onlar komandaya yaxşı uyğunlaşıblar. "Qarabağ" bizim üçün çətinlik yarada bilər. Onlar bu turnirdə oynamağa öyrəşiblər. Biz "Linkoln"uq, yaxşı nəticəyə ümid edirik. Bizim üçün çətin olacaq. Hədəfimiz daha irəli getməkdir, çətindir, amma bunu arzulayırıq".
"Linkoln" - "Qarabağ" oyunu saat 19:30-da başlanacaq. Komandalar arasındakı cavab matçı iyulun 19-da Bakıda keçiriləcək.