Azərbaycanın futbol üzrə dünya çempionu: "Normal məşqçidirsə, bir klubda ən azı 4-5 il çalışardı"

Azərbaycanın futbol üzrə dünya çempionu: "Normal məşqçidirsə, bir klubda ən azı 4-5 il çalışardı"

"Deyirlər ki, Bojoviç yaxşı, sistem məşqçisidir. Onda bəs biz, yəni yerli məşqçilər nədir?"

Mediasport.az xəbər verir ki, bu sözləri "Qaynarinfo"ya açıqlamasında veteran futbolçu Vladislav Qədirov deyib.

SSRİ İdman ustası "Neftçi"yə yeni gətirilən baş məşqçi Miodraq Bojoviçin təyinatından danışıb. "Ağ-qaralar"ın sabiq hücumçusu diqqətdən kənar qaldıqlarından şikayətlənib:

"Dünya, Avropa çempionatlarında oynamışam. Necə yəni, biz futbolçularla davrana bilmirik? Sadəcə, başqa oyunlar gedir, bunu hər kəs bilir. Vətənimizdə o qədər işsiz məşqçilər var ki. Yerlilərə çatanda deyirlər ki, səviyyəsizdirlər. Normal klub veriblər bizə? Hamısının problemləri olub.

Bojoviç 25 il müddətində 24 klubda işləyib (gülür). Yaxşı məşqçi idisə, niyə hər il bir klub dəyişib? Deməli, problemlər var. Burada sual ortaya çıxır, komandanı niyə belə məşqçiyə tapşırıblar? Normal məşqçidirsə, bir klubda ən azı dörd-beş il çalışardı. Qurban Qurbanov 15 ildir bir klubda işləyir”.

Qeyd edək ki, Qədirov 1987-ci ildə SSRİ-nin tərkibində 17 yaşlılar arasında dünya çempionu olub.