"Neftçi" "Yuventus", "Beşiktaş" və "Şalke" ilə eyni qrupü düşdü
"Neftçi"nin U-12 komandasının Türkiyənin İzmir şəhərində keçiriləcək "İzmir Cup" beynəlxalq turnirində rəqibləri müəyyənləşib.
mediasport.az xəbər verir ki, baş məşqçi Vaqif Əliyevin komandası "H" qrupunda Türkiyənin "Beşiktaş", "Giresunspor", İzmir şəhərinin çempionu, İtaliyanın "Yuventus", Almaniyanın "Şalke", Fransanın "Metz", Belçikanın "Vesterlo" və Rusiyanın "Zenit" klubları ilə mübarizə aparacaq.
72 iştirakçının mübarizə aparacağı turnirdə Türkiyənin "Qalatasaray" və "Fənərbaxça" klubları ilə yanaşı, PSJ (Fransa), "Bavariya" (Almaniya), “Mançester Siti” (İngiltərə) və “Çelsi” (İngiltərə) kimi Avropa nəhəngləri yarışacaq.