Əfsanəvi "top" hərraca çıxarılır - Fantastik qiymət qoyuldu
2020-ci ildə dünyasını dəyişən əfsanəvi Dieqo Armando Maradonanın 1986-cı il Dünya çempionatının 1/4 finalında İngiltərəyə əllə vurduğu top hərraca çıxarılır.
mediasport.az xəbər verir ki, həmin top oyunun baş hakimi tunisli Əli bin Nasirdədir.
Topu hərraca çıxaran keçmiş FİFA referisi ona 2,5-3 milyon funt-sterlinq qiymət qoyub. Hərrac noyabrın 16-da keçiriləcək.
Maraq üçün deyək ki, Maradona 2015-ci ildə Afrika qitəsinə səfəri zamanı Nasirlə görüşərək həmin qolun əllə vurulduğunu görmədiyi və qeydə aldığı üçün təşəkkürünü bildirmişdi.