"Onların yerinə utanırıq"
Türkiyə Superliqasının 18-ci turunun ikinci oyun günündə "Fənərbağça" əzəli rəqibi "Qalatasaray"la qarşılaşıb (0:0).
Mediasport.az xəbər verir ki, derbidən sonra "sarı-qırmızılar" rəsmi sosial şəbəkə hesabında hücumçu Mauro İkardinin qapı dirəyi ilə toqquşmasından sonrakı durumu ilə bağlı fotonu aşağıdakı başlıq altında paylaşıb:
"Yalnız özləri üçün ədalət istəyənlər Türkiyə futbolunu manipulyasiya etməyə davam edirlər. Biz hakimlər komitəsinin, VAR otağının və 26 kameranın görə bilmədiyini paylaşırıq, eyni zamanda, onların yerinə utanırıq. Türkiyə futbolunu bu duruma gətirib çıxanların utanması niyyətiylə".
Məşhur jurnalist Fabritsio Romano da məsələdən xəbərdar olub və şəxsi hesabında bununla bağlı paylaşım edib.
"Fənərbağça"nın hücumçusu Edin Ceko isə onun paylaşımına münasibət bildirib:
"O, özünü dirəyə çırpdı və "Qalatasaray" bu fotonu "Instagram"da paylaşaraq penalti tələb etdi. Utancveridir. Sən də bir az ciddi ol, Fabritsio. İnan, daha yaxşı işlər görə bilərsən".